Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda icra nümayəndəliyinin binası yanıb

Sumqayıtda icra nümayəndəliyinin binası yanıb

Tarix: 19 Mart 2020 13:57

Bakı. Trend:

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 150 m² olan qəsəbə icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli, taxta konstruksiyalardan ibarət binanın tavanı və çardağı 80 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Sumqayıtda icra nümayəndəliyinin binası yanıb


RƏYLƏR