Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov: ''Bir çox ölkələrdə koronavirus infeksiyası...''

Ceyhun Bayramov: ''Bir çox ölkələrdə koronavirus infeksiyası...''

Tarix: 19 Mart 2020 14:00

"Hər gün məktəbə getməyə vərdiş etmiş uşaqlarımız hazırda evdədirlər. Lakin biz onların təhsildən gerin qalmaması, vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə məsafədən tədrisin təşkili ilə bağlı bir addım atdıq".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Novruz bayramı münasibətilə şagird, müəllim və valideynlərə etdiyi müraciətində deyib.

Nazir qeyd edib ki, bu səbəbdən bütün təhsil müəsissələrində təlim və tədris prosesi dayandırılıb. Martın 11-dən etibarən "Mədəniyyət" və "ARB Günəş" kanallarında "Dərs vaxtı" verilişi çərçivəsində teledərslərin yayımına start verilib:

"UNESCO-nun məlumatına əsasən, hazırda dünyanın 100-dən artıq ölkəsində 800 milyondan artıq şagird və tələbə təhsildən kənar qalıb. Bir çox ölkələrdə koronavirus infeksiyası insanların gündəlik həyatına mənfi təsir edib. Məktəblər və digər təhsil ocaqları bağlanıb. Bu təsir ölkəmizdən də yan keçməyib".


Etiketlər:  Ceyhun Bayramov çox ölkələrdə koronavirus infeksiyası


RƏYLƏR