Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 21:48
Bir çox mütəxəssislərin fikrinə görə, sağlam insan maska taxmaya bilər. Xəstə insanlar isə mütləq maska taxmalıdır ki, asqıranda və ya öskürəndə virusun yayılmasının qarşısı qismən də olsa alınsın.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, lakin ictimai nəqliyyat və digər qapalı, insanlar çox olan yerlərdə hətta sağlam insan mütləq maska taxmalıdır. Belə halda insan üzünə daha az toxunacaq və bu da yoluxmanın riskini azaldacaq. Bildiyimiz kimi, koronavirus həm hava-damcı, həm də kontakt yolu ilə keçir. İnsan üzərində virus olan hər hansı səthə (nəqliyyatda tutacaqlar, qapı dəstələri və s.) toxunduqdan sonra əllərini göz, burun və ya ağzına vurarsa, virusa yoluxa bilər.
Təəssüf ki, bir çox hallarda insanlar tibbi maskalardan düzgün istifadə etmir. Bəzilər 1 maskanı bütün gün ərzində çıxartmır, digərləri çıxardandan sonra yenidən taxır, hətta maskanı yuyub yenidən istifadə edənlər də var. Təbii ki, bütün bunlar yolverilməzdir və nəinki virusdan qorumur, əksinə istənilən virus və bakteriyalara yoluxmanın riskini artırır.
Maska üzdə kip oturmalı, burun və ağız bağlı olmalıdır.
Maskanı 2 saatdan çox taxmaq olmaz. Təxminən 2 saata qədər maska nəm olur və onun içində mikrob və viruslar sürətlə çoxalmağa başlayır ki, nəticədə maskanın özü artıq infeksiya mənbəyinə çevrilir. Əgər maska daha tez nəm olubsa, onu dərhal dəyişin.
İstifadə olunmuş maskanı zibil qutusuna atın, əllərinizi ilıq su və sabunla yuyun və ya spirtli antiseptiklə yaxşı silin.