Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İctimai nəqliyyatda koronavirusdan qorunmaq üçün bunları edin

İctimai nəqliyyatda koronavirusdan qorunmaq üçün bunları edin

Tarix: 20 Mart 2020 11:33

İctimai nəqliyyat istənilən infeksiyanın və o cümlədən koronavirusun yayılmasında əsas rollardan birini oynayır. Sıxlıq, bağlı pencərələr, tutacaqlar...

Bütün bunlar infeksiyaların yayılması üçün çox yaxşı şərait yaradır. Bəli, ictimai nəqliyyat dezinfeksiya olunur. Lakin bu hava-damcı yolu ilə yayılan infeksiyanın qarşısını yalnız qismən ala bilir.

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, Rusiyalı immunoloq-allerqoloq Nadejda Loqina ictimai nəqliyyatda koronavirusdan qorunmaq üçün bu kimi tövsiyyələri verib:

- Metro və ya avtobusa (trolleybusa, tramvaya) mindikdən əvvə üzünüzə təzə maska və ya daha yaxşı respirator, əllərinizə tibbi əlcək taxın. Maska kip oturmalı, burun və ağzınızı tam örtməlidir.

- Koronavirus orqanizmə selikli qişalardan daxil olduğuna görə xüsusi qoruyucu eynək və ya günəş eynəklərindən istifadə edin.

- Nəqliyyatdan çıxanda maska və əlcəkləri çıxardın və zibil qutusuna atın, əllərinizi antiseptiklə yaxşı təmizləyin.

Və nəhayət. Koronavirus epidemiyası zamanı hər birimiz tək özümü deyil, ətrafdakıları da qorumağa çalışmalıyıq. Axı onların arasında koronavirusa görə risk qrupuna daxil olan yaşlı və xəstə insanlar da ola bilər! Bu səbəbdən xəstələnmisinizsə, çalışın evdən çıxmayın ki, digər insanları yoxuxdurmayasınız.


Etiketlər:  İctimai nəqliyyatda koronavirusdan qorunmaq üçün bunları edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ