Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 15:16
Bakı. Trend:
Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi (Rospotrebnadzor) koronavirusa qarşı hazırlanmış peyvənd prototiplərinin sınaqlarına başlandığını elan edib.
Trend-in Agentliyə istinadən məlumatına görə, koronavirusa qarşı hazırlanmış peyvənd prototipləri sınaqdan keçirilməyə başlanıb.
Qeyd edilib ki, prototiplər Vektor Dövlət Virusologiya və Biotexnologiya Mərkəzi tərəfindən "mümkün qədər tez" hazırlanıb.
Rusiyalı alimlər hazırda heyvanlar üzərində immunizasiya tədqiqatları aparırlar.
Mütəxəssislər peyvəndin kütləvi tətbiqinin ilin son rübündə mümkün olacağını ümid edirlər.