Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“PAŞA Həyat” Manat şəhadətnamələri üzrə faiz dərəcələrini artırdı

“PAŞA Həyat” Manat şəhadətnamələri üzrə faiz dərəcələrini artırdı

Tarix: 20 Mart 2020 15:36

Bakı. Trend:

Ölkənin aparıcı sığorta şirkəti ilə olan PAŞA Həyat müştərilərini yeni kampaniya ilə sevindirib.

Şirkətin əsas məhsullarından biri olan Həyatın yaşam sığortası məhsulu üzrə Manat valyutasında yeni qoşulan müştərilər üçün faiz dərəcələri illik 3%-dən 4%-ə artırılıb. Bununla əlaqədar şirkətin rəsmisi Vüsal Nağıyev bildirib ki, hazırda 10 mindən çox müştərinin faydalandığı bu investisiya məhsuluna maraq həddindən artıq böyükdür:

“Dövlətimizin vermiş olduğu böyük güzəştlərə əsaslanan bu məhsul hazırda bazarda mövcud olan ən gəlirli investisiya alətidir. Məhsuldan faydalanan müştərilər öz sığorta hesablarına rəsmi əmək haqlarından köçürmələr edən zaman gəlir vergisi və DMSF-ə edilən ödəmələri toplamaqla yanaşı, PAŞA Həyat tərəfindən təqdim olunan gəlirlik faizi əsasında əlavə qazanc əldə edirlər. Hazırda müştəri portfelində AZN valyutasında şəhadətnamə açmış müştərilərin sayı böyük üstünlük təşkil edir. Biz müştərilərimizin marağını və şirkətimizə olan güvənini nəzərə alaraq bayram ərəfəsində təqdim etdiyimiz yeni kampaniya ilə milli valyutamıza üstünlük verən yeni müştərilərimiz üçün faiz dərəcələrini 3%-dən 4%-ə qaldırmağa qərar verdik. İnanırıq ki, bu yeni şərtlər həm mövcud müştərilərimizi yeni şəhadətnamələr açmağa sövq edəcək, həm də məhsula maraq göstərən çoxsaylı potensial müştərilərimiz üçün əlavə stimul olacaq”,- deyə V.Nağıyev sözlərinə əlavə edib.

Kampaniyanın müddəti 30 aprel 2020-ci ilə tarixinə qədər nəzərdə tutulur.


Etiketlər:  PAŞA Həyat Manat şəhadətnamələri üzrə faiz dərəcələrini artırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ