Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda avtobuslara dezinfeksiyaedici məhlullar yerləşdirilib (FOTO)

Bakıda avtobuslara dezinfeksiyaedici məhlullar yerləşdirilib (FOTO)

Tarix: 20 Mart 2020 16:06

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyinin (BNA) tövsiyəsi əsasında müntəzəm marşrutlar üzrə istismar olunan avtobuslarda sərnişinlərin istifadəsi üçün dezinfeksiyaedici məhlul yerləşdirilib.

Agentlikdən Trend-ə verilən məlumata əsasən, istismarda olan avtobuslarda qeyd olunan avadanlığın (dezinfeksiyaedici məhlul ) yerləşdirilməsi və avtobusların təmizliyinin nəzarətdə saxlanması ilə bağlı monitorinq keçirilib və aşkarlanan çatışmazlığın aradan qaldırılması barədə daşıyıcı şirkətlərə xəbərdarlıq edilib.

Ümumilikdə isə qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən avtobuslarda dezinfeksiya tədbirləri davam etdirilir. Gecə saatlarında aparılan proses BNA-nın mobil qrupları tərəfindən nəzarətdə saxlanılır.

Bakıda avtobuslara dezinfeksiyaedici məhlullar yerləşdirilib (FOTO) - Gallery Image Bakıda avtobuslara dezinfeksiyaedici məhlullar yerləşdirilib (FOTO) - Gallery Image Bakıda avtobuslara dezinfeksiyaedici məhlullar yerləşdirilib (FOTO) - Gallery Image Bakıda avtobuslara dezinfeksiyaedici məhlullar yerləşdirilib (FOTO) - Gallery Image Bakıda avtobuslara dezinfeksiyaedici məhlullar yerləşdirilib (FOTO) - Gallery Image Bakıda avtobuslara dezinfeksiyaedici məhlullar yerləşdirilib (FOTO) - Gallery Image


Etiketlər:  Bakıda avtobuslara dezinfeksiyaedici məhlullar yerləşdirilib FOTO


RƏYLƏR