Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 21:44
"Zenit"in sabiq baş məşqçsi Andre Villaş-Boaşın yeni klubu müəyyənləşmək üzrədir.
Qol.az-ın "France Football"a istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis "Marsel"i çalışdırmağa yaxındır. Bildirilir ki, onunla 2 illik müqavilə imzalanacaq. Villaş-Boaşın Fransa təmsilçisində illik 7.2 milyon avro qazanacağı vurğulanıb.
Qeyd edək ki, Boaşın son klubu "Şanxay Telleys" olub. O, 2017-ci ilin noyabrından işləmir.
Xatırladaq ki, "Marsel" hazırkı baş məşqçisi Rudi Qarsiya ilə yolları ayıracaqlarını açıqlayıb.