Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tinder apokalipsis haqqında serialı nümayiş etdirməyəcək – SƏBƏB

Tinder apokalipsis haqqında serialı nümayiş etdirməyəcək – SƏBƏB

Tarix: 21 Mart 2020 09:52

Tinder apokalipsis haqqında serialı nümayiş etdirməyəcək.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, nümayişdən imtinaya səbəb koronavirusun pandemiyaya çevrilməsi olub.

Şirkət nümayəndələrinin sözlərinə görə, platformanın "Swipe Night" adlı serialı koronavirusun yayılmasını müşahidə edən insanların psixikasına təsir edə bilər.

"Serialımızı ABŞ-dan kənarda tanıtmaq çox xoş olardı, lakin tamaşaçıların hisslərinə hörmətlə yanaşırıq və buna görə də serialın dünya premyerası üçün doğru vaxt olmadığını anladıq", - deyə şirkətdən qeyd ediblər.


Etiketlər:  Tinder apokalipsis haqqında serialı nümayiş etdirməyəcək SƏBƏB


RƏYLƏR