Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Selen tərkibli qidalar yoğun bağırsaq xərçənginin qarşısını alır

Selen tərkibli qidalar yoğun bağırsaq xərçənginin qarşısını alır

Tarix: 21 Mart 2020 11:12

Selenin xərçəng hüceyrələrində çox olması orqanizmin xərçəngə qarşı mübarizəsinin bir vasitəsi hesab edilir. Əldə edilən nəticə təsdiq edir ki, insan bədənində Selenin çoxluğu normal hüceyrələrin xərçəngə transformasiyanın qarşısını alır. Müəlliflər selen tərkibli qidaların prostat xərçəngində olduğu kimi yoğun bağırsaq xərçənginin də profilaktikasında əhəmiyyətli ola biləcıyini təklif edirlər. Layihə rəhbəri Yaqublu Vüqar öz müsahibəsində aşağıdakıları xüsusi vurğulayır: "Yoğun bağırsaq xərçəngi dünya üzrə dördüncü ən çox rast gəlinən və xərçəngdən ölümün 3-cü əsas səbəbi olan bir xəstəlikdir. Təəsüf ki, hər il dünyada 1,023,000 yeni xəstəyə yoğun bağırsaq xərçəngi diaqnozu qoyulur və 529,000 insan bu xəstəlikdən dünyasını dəyişir. Təbabət qarşısında duran əsas vəzifələrdən biri məhz yoğun bağırsaq xərçənginin profilaktikası və xəstəliyin ilkin mərhələlərində diaqnozun qoyulmasıdır. Amma təəsüf ki, yeni diaqnoz qoyulan xəstələrin  40-60%-ində artıq metastazlar, xüsusilə də qaraciyər metastazı mövcud olur. Artıq Avropa ölkələrində yoğun bağırsaq xərçənginin qarşısının alınması və erkən diaqnostikası sahəsəsində xüsusi protokollar istifadə edilir. Tətbiq edilən bu protokollar yoğun bağırsaq xərçəngindən olan ölüm faizini xeyli azaltmışdır. Bu protokolların ölkəmizdə də tətbiqinin zamanı gəlmişdir. Böyük bir kliniki material üzərində aparılan tədqiqatımız Selen tərkibli zülalların xərçəng əleyhinə rolunu üzə çıxarmışdır. Ümid edirik ki, insan orqanizmində Selen miqdarının yüksək tutulması yoğun bağırsaq xərçənginin profilaktikasında əsas vasitələrdən birinə çevriləcəkdir". Tədqiqat qrupunun üzvü Səbinə Babayeva (New York Tibb Kolleci) qeyd edir ki, Selenlə zəngin qidalanmanın xərçəng əleyhinə rolu təsdiq edilmiş və  inkişaf etmiş ölkələrdə selen tərkibli qidaların və əlavələrin profilaktik istifadəsi geniş yayılmışdır.  Son tədqiqatlar təsdiq edir ki, qanda selenin azlığı xərçəng və ürək-damar xəstəliklərinin artmasına səbəb olur. Selen artıq bir neçə ildir ki, Qərb ölkələrində prostat xərçənginin profilaktikası məqsədilə tövsiyyə edilir. Bizim tədqiqatlar da selenin yoğun bağırsaq xərçəngi əleyhinə istifadə edilə biləcəyini təsdiq edir. Abeerdin Universitetinin Qidalanma və Sağlamlıq üzrə Rotwett İnstitutu Selenlə zəngin olan qida maddələrinə fərqli çərəzləri, xüsusilə də Brazilya qozu, molyusk və balıqlar, qaraciyər, günəbaxan yağı, düyü, ikranı aid etmək olar. Bu qidaların qəbulu həm xərçəng əleyhinə, həm də bədənin immun gücünün artmasına xidmət edir.


Etiketlər:  Selen tərkibli qidalar yoğun bağırsaq xərçənginin qarşısını alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ