Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA prezidenti Bakı seçimi haqda

UEFA prezidenti Bakı seçimi haqda

Tarix: 28 May 2019 00:32

"Orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?!"
 
Qol.az xəbər verirr ki, bu sözləri UEFA prezidenti Aleksandr Çeferin  “Der Şpigel” nəşrinə müsahibəsində deyib. Avroliqanın final matçı üçün niyə Bakını seçdiklərini açıqlayan qurum rəhbəri klubların üzləşdiyi problemə də toxunub:

"Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asan uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur. Əlbəttə, Bakı Londondan uzaqdır, lakin final üçün yer seçərkən həlledici görüşdə hər iki komandanın İngiltərədən olacağı bilinmirdi".

Çeferin erməni futbolçu Henrix Mxitaryanın Bakıya gəlməməsinə də münasibət bildirib: “Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin "Çelsi" və "Arsenal" klubları üz-üzə gələcək.

 


Etiketlər:  UEFA prezidenti Bakı seçimi haqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ