Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qan qrupuna görə pəhriz

Qan qrupuna görə pəhriz

Tarix: 21 Mart 2020 11:48

Ehtimal olunur ki, qan qrupları müxtəlif olan insanlar müxtəlif pəhrizlərə riayət etməlidirlər. Bəzi alimlər belə hesab edirlər ki, bizim qan qrupumuza uyuşmayan qida səhhətimizi pozur. Oksford Universitetinin bir qrup alimləri insanın qan qrupu, qidalanma tərzi və müxtəlif xəstəliklərə tutulma ehtimalı arasında bir əlaqənin olmasını söyləyirlər. Beləliklə ingilis alimləri aşağıdakı nəticələri əldə etmişlər:
I Qan qrupu
Siz mütləq qidada karbohidratı az, zülalı çox qəbul etməlisiniz. Qidanızda tortları, pirajkiləri, pirojnaları, makaron və çörəyi azaldın, daha çox ət yeyin. Əks halda siz mədə xorası və ya artrit xəstəliyinə tutula bilərsiniz.
II Qan qrupu
Bu qrup insanlar ürək-damar və xərçəng xəstəliyinə meyllidir. Veqetarian pəhrizinə riayət etmək məsləhətdir: meyvə-tərəvəz, dənli bitkilər, düyü,
qarabaşaq, makaron, çörək və şirniyyat yeyin.
III Qan qrupu
Sizin əsəb sisteminiz zəifdir. Siz hər hansı bir pəhrizi tuta bilərsiniz, lakin çalışın çoxlu ət, süd məhsullarından istifadə edəsiniz.

IV Qan qrupu
Bu nadir qan qrupuna malik olan insanlar hər nə gəldisə yeyə bilərlər, lakin çalışın hamıya aid sağlam qidalanma qaydalarına riayət edin: heyvan piylərini azaltmaq, qızardılmış, ədviyyatlı və duzlu - istiotlu qidanın həddini aşmayın, əti bitki məhsulları ilə birlikdə yeyin.


Etiketlər:  qrupuna görə pəhriz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ