Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 11:52
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin Aviasiya Komandanlığı "tələ" raketlərini istehsal edəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sözügedən silah növü "Miniature Air Launched Decoy - Navy" (MALD-N) adlandırılacaq.
MALD-N raket sistemi hazırda ABŞ-ın Hərbi Hava Qüvvələrinin istifadəsində olan ADM-160C MALD-J bazasında qurulur.
Raketin mərmisi rəqib üçün yanlış hədəf yaradaraq, onu səhvə yol verməyə vadar edəcək. Mərmi qırıcı radarlarındakı radiolakasiyalarında yerləşən məlumatları ələ keçirərək qarşı tərəfin sisteminə zərər verəcək.
Mərminin maksimal uçuş məsafəsi 900 km, maksimal uçuş hüdürlüyü isə 12 km-dır.
Qeyd edək ki, silahın qiyməti və tətbiq sahələri hələ ki, açıqlanmır.