Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 13:04
ABŞ-ın “Finiks Rayqinz” klubunun futbolçusu Rüfət Dadaşov koronavirusla bağlı elan olunan karantin dövründə keçirdiyi günlərdən danışb.
Qol.az xəbər verir ki, millimizin oyunçusu Almaniyanın “Bild” nəşrinə müsahibəsində deyib ki, indi futboldan söhbət gedə bilməz:
“Almaniyada olduğu kimi, burda da oyun və məşqlər yoxdur. Formada qalmaq üçün evdə təkbaşına məşq edirəm. Bu, dözülməz haldır. Supermarketlərdə hər şey satıldığından yalnız boş rəfləri görə bilərsiniz. Komanda ilə yalnız telefonla əlaqə saxlayırıq. Evdən çıxmamağa çalışırıq. Dünyanın harasında yaşamağımızın fərqi yoxdur. Birlikdə bu pandemiyanı məğlub etmək üçün mümkün olan hər şeyi etməliyik".