Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 17:18
Televizorun ekranına və ya kompyuterin monitoruna uzun müddət baxdıqda, arasıkəsilmədən qaçışan işıq şüaları insanın gözlərini çox yorur. Adətən insan dəqiqədə 20 dəfə gözlərini gırpır və gözün güzehli gişası nəmlənir. Amma ekrana diqqətlə baxanda gözlər 3 dəfə daha az gırpılır, güzehli gişa quruyur və gözdə yanma hissiyatı yaranır.
Yorgun gözlərə yardım etmək üçün aşağıdakı hərəkətləri yerinə yetirmək məsləhət görülür:
1. 30 saniyə ərzində gözlərinizi tez-tez qırpın, növbəti yarım dəqiqə ərzində isə sadəcə qarşıya baxın. Bunu 3 dəfə təkrar edin.
2. Gözlərinizi yumun və göz almalarını dairəvi hərəkət etdirin. Bunu 4 dəfə təkrar edin.
3. Gözlərinizi yumun və yuxarı-aşağı baxın. Bunu 8 dəfə təkrar edin
4. Gözlərinizi bir neçə saniyəlik bərk yumun, sonra isə geniş açın. Bunu 5 dəfə təkrar edin.
Oftalmoloq gözlərin dincəlməsi üçün gündə bir neçə dəfə sadə hərəkətlər etməyi tövsiyə edir:
1. Stulda oturub dirsəklərinizi masaya goyun
2. Əllərinizi silkələyib barmaq və biləklərinizi boşaldın
3. Əlləriniz isinənə qədər ovuclarınızı bir- birinə sürtün
4. Başınızı əllərinizə söykəyib, ovuclarınızla gözlərinizi bağlayın. Hər iki barmaqları alın nahiyəsində kəsişməli, tamamilə boşalmış olmalı və gözləri sıxmalıdır. Ovuclar gözlərin üzərini gümbəz kimi örtməlidir.
5. Qaranlığı hiss edin. Qaranlıqda gözlərin rahatlığı üçün gözün torlu qişasında görmənin həyata keçirən maddə rodopsin əmələ gəlir.
6. Əlinizi gözlərinizin üzərindən götürün, işığın parlaqlığı və temperatur arasındakı fərqi hiss edin.