Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 08:48
Bakı. Trend:
ABŞ-da silaha olan tələbatın əhəmiyyətli dərəcədə artması qeydə alınıb.
Trend-in məlumatına görə, bir sıra amerikan ştatlarının polisi və özəl şirkətləri yeni koronavirusun yayılması fonunda ölkə ərazisində odlu silah və döyüş sursatlarının satış həcminin əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər.
Bildirilir ki, fevral ayında amerikan "Ammo.com" şəbəkə mağazasında gəlir 2019-cu ilin həmin ayı ilə müqayisədə 309, əməliyyatların ümumi həcmi isə 222 faiz artıb. Mağazanın nümayəndələri qeyd ediblər ki, göstəricilərin belə artması misilsizdir.
Filadelfiya şəhərində (Pensilvaniya ştatı) silah mağazasının sahibi Kimber Zervikin sözlərinə görə, silah və döyüş sursatına tələbatın kəskin sıçrayışı baş verib. Onun fikrincə, bu tələbat vətəndaşların koronavirusun yayılması fonunda ölkədə cinayətkarlığın artacağı ilə bağlı narahatlıqdan irəli gəlir.