Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya''nın futbolçusu koronavirusdan əziyyət çəkənlərə 1 milyon avro ayırıb

''Bavariya''nın futbolçusu koronavirusdan əziyyət çəkənlərə 1 milyon avro ayırıb

Tarix: 22 Mart 2020 10:34

Almaniyanın "Bavariya" və Polşa yığmasının hücumçusu Robert Levandovski koronavirusdan əziyyət çəkənlərə 1 milyon avro köçürüb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, daha əvvəl Levandovskinin həmkarları Leon Qoreska və Yozua Kimmix koronavirus pandemiyası ilə mübarizə üçün eyni məbləğ ayırıblar.

"Biz hamımız yaranmış vəziyyətdən xəbərdarıq. Bu gün hamı bir komandada oynayır. Güclü olmaq lazımdır, əgər biz kiməsə kömək edə biliriksə, bunu mütləq etmək lazımdır", - 31 yaşli Levandovski deyib.

Robert Levandovski "Bavariya"nın heyətində beş dəfə Almaniya çempionu olub, iki dəfə ölkə kubokunu və üç dəfə Superkubokunu qazanıb. Oyunçu "Bavariya"ya heyətində iki dəfə Almaniya çempionu olduğu Dortmundun "Borussiya" klubundan keçib.


Etiketlər:  Bavariyanın futbolçusu koronavirusdan əziyyət çəkənlərə milyon avro ayırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ