Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 13:40
Son günlər dünyada sürətlə yayılan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Ümüumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi insanları evdə oturmağa səsləyib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə bunla bağlı #evdəqal həştəqli paylaşımlar edilir.
Şou-biznes nümayəndələri də insanları evdə oturmağa səsləyərək #evdəqal həştəqli paylaşımlar ediblər.
Onlar arasında Xalq artisti Röya Ayxan, Əməkdar artist Nərgiz Cəlilova, müğənnilər Zamiq Hüseynov, Eldar Qasımov, aparıcılar Lalə Azərtaş, Zaur və Günay Baxşəliyeva yer alıblar.