Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirilib (FOTO/VİDEO)

Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirilib (FOTO/VİDEO)

Tarix: 22 Mart 2020 18:36

Bakı. Samir Əli - Trend:

Koronavirus (COVİD-19) infeksiyasının Yevlax rayonu ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Yevlax Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Xidmətin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Yevlaxda dezinfeksiya tədbirlərinin həyata keçirilməsi gücləndirib. Mütəmadi olaraq şəhərin Heydər Əliyev, Nizami, Bakı prospektləri, Ceyhun Mustafayev, Füzuli, Səməd Vurğun küçələri xüsusi maddələrlə yuyulur.

Şəhərin Qanboy Quliyev, Cəfər Cabbarlı, Hüsü Hacıyev küçələrindəki, Nizami prospektindəki binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər və əhali arasında maarifləndirmə işləri aparılır.

Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirilib (FOTO/VİDEO) - Gallery Image Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirilib (FOTO/VİDEO) - Gallery Image Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirilib (FOTO/VİDEO) - Gallery Image Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirilib (FOTO/VİDEO) - Gallery Image Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirilib (FOTO/VİDEO) - Gallery Image Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirilib (FOTO/VİDEO) - Gallery Image Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirilib (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Yevlaxda koronavirus əleyhinə tədbirlər gücləndirilib FOTOVİDEO


RƏYLƏR