Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 03:32
Bakı. Trend:
Fransa Milli Məclisi və Senatı (parlamentin aşağı və yuxarı palataları) ölkədə koronavirus epidemiyasının yayılması fonunda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə qanunun qəbul edilməsinin lehinə səs verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qanun Fransa prezidenti Emmanuel Makronun imzasından sonra qüvvəyəminəcək.
Bildirilir ki, qanun qüvvəyə mindikdən sonra ölkədə fövqəladə vəziyyətin uzadılması üçün yeni qanunun qəbul edilməsi lazım olacaq.