Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 15:51
Bakı. Trend:
Nəsimi rayonu ərazisindəki 2 mağazadan mobil telefonları oğurlamaqda şübhəli bilinən qrupun üzvü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 10-da rayon ərazisindəki 2 mağazadan ümumilikdə 6650 manat dəyərində 14 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən qrupun üzvü - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov saxlanılıb.