Tarix: 23 Mart 2020 19:22
“Dünya ciddi problemlə qarşı-qarşıyadır. Koronavirusla bağlı böhran futboldan daha böyükdür”.
Qol.az xəbər verir ki, bu sözləri İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi deyib.
Hazırda “Derbi Kaunti”də çıxış edən 34 yaşlı futbolçu “The Times”dəki yazısında lider “Liverpul”un Premyer Liqanın çempionu elan edilməli olduğunu qeyd edib:
“Federasiyalar çempionatları tam başa çatmamış bitirsələr, buna təəccüblənmərəm. Buna görə də “Liverpul” çempion elan olunmalıdır. Bu, indiki məqamda ən ədalətli qərar olar”.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında mövsümün geridə qalan 29 turu ərzində 82 xal toplayan “Liverpul” zirvədə qərarlaşıb. Bu komandanın ən yaxın izləyicisi “Mançester Siti” isə liderdən 25 xal geri qalır.