Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Firmino finalda oynayacaqmı? - Klopp açıqladı

Firmino finalda oynayacaqmı? - Klopp açıqladı

Tarix: 28 May 2019 14:40

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Tottenhem" ilə keçiriəcəkləri oyunöncəsi zədəli futbolçuların durumundan danışıb.

Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssis braziliyalı hücumçu Roberto Firminonun həlledici qarşılamada oynaya biləcəyini deyib:

"Firmino zədəsini sağaldıb və onun adı final oyununun sifariş ərizəsinə salınacaq. Yarımmüdafiəçi Nabi Keyta isə zədə səbəbindən "Tottenhem"lə matçda oynamayacaq".

Qeyd edək ki, iyunun 1-də Madriddə "Vanda Metropolitano" stadionunda keçiriləcək final görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 


Etiketlər:  Firmino finalda oynayacaqmı Klopp açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ