Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 01:12
Bakı. Trend:
Türkiyədə daha 7 nəfər koronavirusun qurbanı oldu.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca açıqlama verib.
Bildirilir ki, son 24 saat ərzində 3 672 test keçirilib və 293-nün nəticəsi müsbətdir.
Ölkədə ümumilikdə yeni növ koronavirusdan ölənlərin sayı 37-ə, yoluxma hallarının sayı isə 1529-a yüksəlib.