Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2019 15:56
"İordaniya ilə oyuna daha geniş heyətlə çıxacağıq. Bakı səfəri öncəsi futbolçuların hansı vəziyyətdə olduğunu görmək istəyirəm. Həmin matçdan sonra isə oyunçuların sayı 23 nəfərə endiriləcək".
Qol.az-ın məlumatına görə, bu sözləri Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərimizdən Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. İordaniya ilə yoldaşlıq və Azərbaycanla seçmə mərhələ oyunları haqda danışan çexiyalı mütəxəssis Bakıdakı matçın əhəmiyyətinə toxunub:
"Çox vacib oyun olacaq. Bakıda uduzan tərəf hədəflərindən bir qədər uzaqlaşacaq. Mövsümün sonu milliyə dəvət alan futbolçular üçün əlverişli dövr olmasa da, hər kəs oyunun əhəmiyyətini beyninə həkk etməlidir".
Qeyd edək ki, iyunun 11-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu yerli vaxtla saat 20:00-da başlayacaq.