Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 11:44
Bakı. Trend:
İtaliyada koronavirusa yoluxmuş “bir nömrəli xəstə” xəstəxanadan buraxılıb.
Trend-in məlumatına görə, 38 yaşlı Kodonyo qəsəbə sakini fevralın 19-da xəstəxanaya yerləşdirilmişdi.
Mattia adlı şəxs martın 9-dan etibarən müstəqil nəfəs almağa başlayıb.
O, tam sağaldıqdan sonra xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, koronavirusun mənbəyi İtaliyada Lombardiya vilayətinin Kodonyo qəsəbəsi hesab olunub.
Bu günədək İtaliyada 63 927 nəfər koronavirusa yoluxub, 6 077 nəfər virusun qurbanı olub.