Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 12:40
Martın 27-də Polşa vətəndaşlarının Azərbaycandan yola salınması üçün Bakı-Varşava marşrutu üzrə reys təşkil olunacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyi bildirib.
Qeyd olunur ki, reys Polşa hökumətinin dəstəyi ilə təşkil olunur.
Bu reys vasitəsilə Polşa vətəndaşları, onların ailə üzvləri, Polşada yaşayış və işləmək hüququ olan əcnəbilər, diplomatlar, eləcə də yük daşımaları üçün nəqliyyat vasitələrini idarə edən əcnəbilər Polşaya yola salınacaq.