Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 17:16
Bu yay Tokioda keçirilməli olan Yay Olimpiya Oyunları koronavurs pandemiyasına görə 2021-ci ilə təxirə salınıb.
Qol.az “İndependent”ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Şinzo Abe məlumat verib.
O, təxirəsalma məsələsində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla razıığa gədiklərini bildirib: “Mən cənab Baxa yarışın gələn ilə təxirə salınmasını təkllif etdim. O, mənimlə 100 faiz razıdır” – deyə baş nazir qeyd edib.
Olimpiyadanın gələn il hansı tarixlərdə keçiriləcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.