Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 23:06
"Tottenhem"in futbolçusu Harri Keynin zədədən bərpa prosesi davam edir.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ingilis hücumçu bu barədə özü bildirib. O deyib ki, yaşıl meydanlara qayıdışa yaxındır: "Məndə hər şey yaxşı gedir. Zədədən bərpaç sürətlə davam edir. Bu mövsüm üçün liqa ilə bağlı veriləcək qərarı gözləyirəm.
2-3 həftə sonra komanda ilə məşqlərə qayıdacağıma ümid edirəm. Artıq bərpanın final mərhələsindəyəm və demək olar ki, hər şey edə bilirəm. Təkcə fiziki formamı yığmaq qaldı".