Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlərdən koronavirusla bağlı yeni fakt - Bu əlamət bir neçə gün davam edərsə...

Həkimlərdən koronavirusla bağlı yeni fakt - Bu əlamət bir neçə gün davam edərsə...

Tarix: 25 Mart 2020 17:42

Son bir neçə ayda dünyanın bəlasına çevrilmiş COVID-19 pandemiyasının əsas simptomlarından biri də iy və dad hissinin itməsidir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Fransanın səhiyyə baş direktoru Jerom Salomon məlumat verib. O bildirib ki, bu, ixtisaslaşmış həkimlər tərəfindən son günlərdə müəyyən edilib. Burun tutulması olmadan iy və dad hissinin itirilməsi koronavirusa yoluxmanın əlamətidir.

"ORL Fransa" şirkəti, eləcə də bir çox fransız ORL və infeksiya mütəxəssisi burun tutulması olmadan, bu qəfil iy və dadbilmə hissinin yoxa çıxmasını COVID-19 virusundan şübhələnilən və ya yoluxma təsdiqlənən xəstələrin əksəriyyətində müşahidə etdiklərini bildiriblər. Qeyd edilib ki, digər simptomlar olmayan, ancaq iy və dadbilmə hissini itirmiş insanlar təcrid edilməlidir. "Yoluxanların hamısı iy və dad hissini itirmirlər, ancaq səbəbsiz və iltihabsız bütün iy və dad hissini itirənlər COVİD-19 virusu daşıyıcılarıdır", - deyə ORL mütəxəssisləri Milli Şurasının prezidenti Jan -Mişel Klain söyləyib.

Göstərilib ki, iy və dad hissini itirənlər əsasən gənc nəslə - 23 və 45 yaş arasına aiddir.

COVID-19 virusuna yoluxanların üçdəikisində bu əlamətin bir neçə gün davam etdiyi diqqətə çatdırılıb. Belə hallarda özbaşına müalicə qəbul edilməzdir və insanlar həkimə getməlidirlər.

Xatırladaq ki, həkimlər indiyədək temperatur, öskürək, ishal (diareya) və ya ürək bulanması, nəfəs almağın çətinləşməsi və ya boğulma, eləcə də yorğunluq hissinin olmasını COVID-19 virusunun əsas əlamətləri olduğunu bildirirdilər.


Etiketlər:  Həkimlərdən koronavirusla bağlı yeni fakt əlamət neçə gün davam edərsə


RƏYLƏR