Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abşeron rayonunda 1 ədəd əl qumbarası aşkarlanıb (FOTO)

Abşeron rayonunda 1 ədəd əl qumbarası aşkarlanıb (FOTO)

Tarix: 25 Mart 2020 23:03

Bakı. Trend:

Bu gün saat 17:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Abşeron rayonu, Qobu qəsəbəsi, Atyalı yaşayış ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin və Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 25 mart 2020-ci il tarixlərində 74 siqnal (əməliyyat çağırışı) əsasında 67 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Xızı, Qazax, Qaradağ, Lənkəran, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 187 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 13 ədəd tank əleyhinə mina və 5 674 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 38 635 kv.m ərazi yerüstü və 4 331 kv.m ərazi yeraltı yoxlanılıb.

Abşeron rayonunda 1 ədəd əl qumbarası aşkarlanıb (FOTO) - Gallery Image Abşeron rayonunda 1 ədəd əl qumbarası aşkarlanıb (FOTO) - Gallery Image Abşeron rayonunda 1 ədəd əl qumbarası aşkarlanıb (FOTO) - Gallery Image Abşeron rayonunda 1 ədəd əl qumbarası aşkarlanıb (FOTO) - Gallery Image Abşeron rayonunda 1 ədəd əl qumbarası aşkarlanıb (FOTO) - Gallery Image Abşeron rayonunda 1 ədəd əl qumbarası aşkarlanıb (FOTO) - Gallery Image Abşeron rayonunda 1 ədəd əl qumbarası aşkarlanıb (FOTO) - Gallery Image Abşeron rayonunda 1 ədəd əl qumbarası aşkarlanıb (FOTO) - Gallery Image


Etiketlər:  Abşeron rayonunda 1 ədəd əl qumbarası aşkarlanıb FOTO


RƏYLƏR