Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 23:48
"Çelsi"nin sabiq yarımmüdafiəçisi Mixael Ballak İngiltərə mətbuatına müsahibə verib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, almaniyalı futbolçu London klubundan ayrılmağı barədə danışıb.
Ballak 2010-cu ildə "Çelsi"dən "Bayer Leverkuzen"ə keçib: "Karlo Ançelotti qalmağımı istədi, lakin klub mənim yaşımdakı oyunçulara bir illik müqavilə təklif edirdi. Mən isə onlardan iki illik sözləşmə tələb etdim.
İndi başa düşürəm ki, səhv etmişəm. Bir il belə qalmaq lazım idi. Açığı, o zaman belə ayrılacağımı düşünməmişdim. Son ana qədər məsələnin həll olunacağını gözləyirdim. Ancaq alınmadı. Karyeramın sonuna qədər "Çelsi"də qalmaq istəyirdim".