Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 08:16
2017-ci ilin sentyabr ayında Apple şirkəti eyni anda bir neçə cihazın naqilsiz şarj olunması üçün nəzərdə tutulmuş Apple AirPower adlı şarj stansiyasını anons etmişdi. Həmin cihazın satışı bir neçə dəfə təxirə salınırdı. 1 il bundan öncə isə şirkət ümumiyyətlə AirPower-dən imtina etdi. Lakin görünür, sözügedən cihazın satışa çıxma şansı hələ də var. Bu barədə Macrumors saytı xəbər verib.
İnsayder Jon Prosser-in sözlərinə əsasən Apple şirkəti AirPower layihəsini yenidən işə salıb və şirkət mühəndisləri bu cihazın yeni prototiplərini test etməklə məşğuldurlar. Testlərin əsas məqsədi isə cihazın çalışma prosesi zamanı ifraz olunan istiliyin aşağı salınmasıdır. AirPower cihazının dəqiq olaraq satışa çıxacağına zəmanət verilməsə də məlum olan odur ki, onun üzərində işlər davam edir.
Qeyd etmək lazımdır ki, məşhur analitik Ming-Chi Kuo da bir neçə müddət bundan öncə bildirmişdi ki, Apple şirkəti naqilsiz şarj stansiyasının satışa çıxarılması planından geri dönməyb. AirPower şarj stansiyası ilk növbədə eyni anda AirPods, Apple Watch və iPhone cihazlarının şarj olunmasını təmin edən naqilsiz şarj cihazı kimi planlaşdırılırdı. Bu isə perspektivdə Apple şirkətini naqil ilə şarj prosesindən azad edə və şirkətin məhsullarını naqilsiz şarj prosesinə keçirdə bilər.