Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəbhədə növbəti təxribat: mövqelərimiz snayperlərdən atəşə tutuldu

Cəbhədə növbəti təxribat: mövqelərimiz snayperlərdən atəşə tutuldu

Tarix: 26 Mart 2020 10:09

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə,Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az


Etiketlər:  Cəbhədə növbəti təxribat mövqelərimiz snayperlərdən atəşə tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ