Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 05:12
Bakı. Trend:
Venesuelada koronavirusun səbəb olduğu xəstəlikdən ilk ölüm hadisəsi qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin icraçı vitse-prezidenti Delsi Rodrigez Karakasda televiziya kanalında çıxışı zamanı deyib.
Bildirilir ki, dünyasını dəyişən Araqua vilayətinin 47 yaşlı sakini olub.
Venesuela hökuməti martın 13-də ölkədə COVİD-19 virusuna yoluxma halının ilk iki hadisəsi barədə məlumat verib. Prezident Nikolas Maduro martın 17-də respublikanın bütün ərazisində karantin tətbiq etmək qərarını elan edib. Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 107-dir.