Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 06:04
Bakı. Trend:
Çində yeni koronavirusun qurbanlarının sayı son gün ərzində beş nəfər artıb, xaricdən gələn yoluxanların sayı isə 595 nəfərə çatıb.
Trend-in məlumatına görə, Trend-in məlumatına görə, bu barədə ÇXR-in gigiyena və səhiyyə üzrə Dövlət Komitəsi xəbər verib.
Məlumata əsasən, Çində koronavirusa yolxunların ümumi sayı 82 mini keçib. Onlardan 3292 nəfər ölüb, 75 min nəfərdən çoxu isə sağalıb.
ÇXR-da artıq bir neçə gün ərzində yerli koronavirusa yoluxma halları demək olar ki yoxdur, son gün ərzində yalnız bir hal aşkar edilib. Yoluxmuş şəxslərin əksəriyyəti xaricdən - Avropa ölkələrindən və ABŞ-dan gəlir. Epidemiyanın təkrar dalğasının yaranmasının qarşısını almaq üçün hakimiyyət ölkəyəy gələnlər üçün məcburi iki həftəlik karantini müəyyən edib.