Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərhəddə növbəti erməni təxribatının qarşısı alındı - DSX

Sərhəddə növbəti erməni təxribatının qarşısı alındı - DSX

Tarix: 27 Mart 2020 13:03

27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamətində sərhəd döyüş məntə­qələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyem­beryan rayonu­nun Boqanis kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iriçaplı si­lah­­lardan və snayper tüfəng­lərindən intensiv atəşə tutul­ub.

Dövlət Sərhəd Xidmətindən (DSX) Sonxeber.net-a bildirilib ki, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş və snayper möv­qeləri cavab atəşi ilə susdurulub.


Etiketlər:  Sərhəddə növbəti erməni təxribatının qarşısı alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ