Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 23:20
Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni bir növ koronavirusdan vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib.
Onun sözlərinə görə, ümumilikdə ölənlərin sayı 92 nəfərə çatıb.
Nazir təsdiqlənmiş halların sayının 5698-ə yüksəldiyini də deyib.
F.Qoca deyib ki, 42 xəstə sağalıb və xəstəxanalardan buraxılıb, 344 nəfər intesiv terapiya şöbələrində müalicə keçirlər.