Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 03:36
Bakı. Trend:
Epidemiyanın əvvəlindən Fransada koronavirusla yoluxma hallarının sayı sutka ərzind 3809 nəfər artaraq 32,9 min nəfərə çatıb, 1.9 min nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə mətbuat konfransında ölkənin səhiyyə idarəsinin baş direktoru Jerom Salomon bildirib.
J.Salomon deyib ki, testlərin nəticələrinə görə, bu günə qədər Fransada 32 964 koronavirusla yoluxma halı təsdiqlənib:
"Ölənlərin ümumi sayı 1.995 nəfərə çatıb, yəni 299 nəfər son 24 saat ərzində".
Beləliklə, son 24 saat ərzində 3,8 min yeni yoluxma faktı qeydə alınıb. Ölüm hallarına gəldikdə, 85% hallarda söhbət yaşlı insanlar haqqında gedir, martın 16-dan 22-dək Milli Statistika İnstitutunun (İnsee) məlumatına görə, ölüm halları 6% təşkil edib.
Onun sözlərinə görə, hazırda 15,7 mindən çox insan xəstəxanalardadır, onlardan 3,8 min nəfərinin vəziyyəti ağırdır. Eyni zamanda 5.7 min insan sağalıb.