Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dabo futbolumuza sataşdı

Dabo futbolumuza sataşdı

Tarix: 29 May 2019 12:36

"Azərbaycanda futbol varmı? Bu, futbol kimi görünür (gülür). Həqiqətən də stadionların dolduğu bəzi oyunlar olur, digərlərinə isə bir az azarkeş gəlir. Bu, daha çox komandalardan asılı olur".

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Baqali Dabo "France Football"a deyib.

O, Azərbaycan Premyer Liqası haqda da danışıb: "Çempionatın  səviyyəsi Fransada Liqa 1-dən Milli Liqayadək 3 çempionatın qarışığı olduğunu söyləyə bilərəm".

Dabo Azərbaycanda onun üçün hər şeyin yaxşı olduğunu bildirib: "Hər il Avropaya yollanmaq imkanım olur. Fransada komandaların çoxu Avropa kuboklarına vəsiqə qazanmaqda çətinlik çəkir. Bizdə problem budur ki, mübarizəyə I təsnifat mərhələsindən başlayırıq. Ölkə çempionatında isə hər mövsüm titul uğrunda mübarizə aparıram. Bu, yaxşıdır. Əmək haqqından isə şikayətlənə bilmərik. Bu Liqa-1  və Liqa-2 səviyyəsindədir. Bunlar əsasən klublardan asılıdır".

 


Etiketlər:  Dabo futbolumuza sataşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ