Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 13:36
UEFA Niderlandın "Ayaks" klubunu cəzalandırıb.
Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, buna səbəb Amsterdam təmsilçisinin fanatlarının Avropa Liqasının 1/16 final mərhələsinin "Xetafe" ilə İspaniyadakı ilk matçında qeyri-etik davranışları olub. UEFA "Ayaks"a 53 min 250 avro pul cəriməsi tətbiq edib.
"Ayaks" azarkeşləri komandalarının 0:2 hesabıyla məğlub olduğu oyunda meydana yad əşyalar atıb, tribunanın oturacaqlarını sındırıb.
"Ayaks" klubu rəsmi saytı vasitəsilə bu cəzanın veilməsində məsuliyyət daşıyan fanatları müəyyən edib, onlara qarşı müvafiq prosedurlara başlayacaqlarını bildirib.