Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 16:00
"Yuventus"un hücumçusu Kriştianu Ronaldu koronavirusun yayılması səbəbindən maaşının azaldılmasına razılıq verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu haqda "Tuttosport" nəşri məlumat yayıb. Portuqaliyalı oyunçu illik maaşından imtina etməyə hazır olduğunu deyib. Bu, 4 milyon avrodan bir qədər azdır. Bundan başqa, "Yuventus"dan Canluici Buffon, Corco Kyellini və Leonardo Bonuççi isə 1,5 aylıq maaşından imtina ediblər.
Qeyd edək ki, İtaliyada A seriyasının dayanması səbəbindən ən çox maliyyə itkisinə məruz qalan klub "Yuventus"dur.