Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 21:03
Koronavirusa görə həyatını itirən 29 xəstə üzərində təcrübə aparan mütəxəssislər, araşdırmalar nəticəsində bu virusun ölümdən sonra da ağciyərdə yaşamağa davam etdiyini aşkarladı.
Xəstəliyin ilk ortaya çıxdığı ölkə olan Çində araşdırmaçılar, yeni nəsil koronavirus haqqında yeni məlumatlar əldə etdi. Pekin Universitetinin Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsinin rəhbəri Vanq Quiqianq, verdiyi şərhdə virusun ilk olaraq xəstələrin ağciyərlərini hədəfə aldığını açıqladı. Virus həmçinin immuniteti zəiflədərək ürək, qaraciyər, böyrək kimi həyati orqanlara da ziyan verir.