Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 13:40
2018/19 mövsümünün sonunda “Qarabağ”la 2 illik müqaviləsi başa çatan Donald Gerye gələcək karyerası haqda danışıb.
Haitili yarımmüdafiəçi Qol.az-a qısa açıqlamasında Ağdam klubundan ayrılacağını deyib. Millinin düşərgəsində olduğu üçün ətraflı danışa bilməyən 30 yaşlı futbolçu müxbirimizin “Qarabağ”da qalacaqsınızmı?” sualına qısaca olaraq, “Yox” deyə cavab verib.
Ağdam klubu ilə müqavilə şərtlərində razılığa gələ bilmədiyini söyləyən Gerye ölkəmizdə başqa komandanın formasını geyinə bilər. Təcrübəli oyunçunun sözlərinə görə, yerli klublarımızın birindən təklif alıb.
Əldə etdiyimiz xəbərə görə, "Qarabağ" futbolçuya yeni təklif irəli sürüb. Amma o, klubdan daha artıq pul istədiyindən tərəflər razılığa gələ bilməyib.
Qeyd edək ki, Gerye “Qarabağ”a 2017-ci ilin yayında keçmişdi və komandanın əsas oyunçusu olmuşdu.