Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çində koronavirusa yoluxanların sayı artıb

Çində koronavirusa yoluxanların sayı artıb

Tarix: 29 Mart 2020 06:20

Bakı. Trend:

Çində yeni növ koronavirusa (COVİD-19) daha 45 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata əsasən, yoluxma hallarının 44-ü xaricdən gələn Çin vətəndaşlarında qeydə alınıb. Gün ərzində 5 nəfər dünyasını dəyişib, ölüm hallarının hamısı Hubey əyalətində qeydə alınıb.

Bildirilir ki, ötən gün 477 nəfər koronavirusdan sağalıb.

Qeyd edilir ki, epidemiya zamanı ölkədə ümumilkdə koronavirusa yoluxanların sayı 81 439 nəfərə, ölənlərin sayı 3 300 nəfər çatıb.


Etiketlər:  Çində koronavirusa yoluxanların sayı artıb


RƏYLƏR