Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ən sevdiyim oyunçu Zidan bu nömrə ilə çıxış edirdi"

Tarix: 29 Mart 2020 08:18

"Liverpul"un yarımmüdafiəçisi Jorjinyo Veynaldum İngiltərə mətbuatına müsahibə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hollandiyalı futbolçu beş nömrəli formanı seçməsinin səbəbini açıqlayıb:

"Beş mənim üçün xüsusi bir nömrədir. Bu rəqəm mənə çox uğur gətirib. Həm də ən sevdiyim oyunçu Zidan bu nömrə ilə çıxış edirdi. Karyerama bu rəqəmlə başladığım üçün xoşbəxtəm.

Belə şeylərə çox önəm verirəm. Zidan həqiqətən əfsanədir. Onunla eyni nömrəli forma geyinmək mənim üçün də sevindiricidir. Ümid edirəm ki, bu rəqəm mənə hələ çox uğur qazandıracaq".

Milli.Az


Etiketlər:  Ən sevdiyim oyunçu Zidan bu nömrə ilə çıxış edirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ