Tarix: 29 Mart 2020 22:48
“Qalatasaray”ın koronavirusa yoluxan vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim sağalıb.
Qol.az xəbər verir ki, bu barədə klubun idarə heyətinin üzvü Tunc Üner sosial şəbəkə hesabında paylaşım edib. O, Terim və Albayrakın son koronavirus testinin neqativ çıxdığını və tezliklə xəstəxanadan evə buraxılacaqlarını bildirib.
Xatırladaq ki, ötən gün Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçberin də koronavirusa yoluxduğu açıqlanıb.