Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin rejimini pozan kafe aşkarlanıb

Karantin rejimini pozan kafe aşkarlanıb

Tarix: 30 Mart 2020 12:20

Şəkidə karantin rejimini pozan kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman şəhərin Bağbanlar küçəsində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkar edilib və qaydalara əsasən fəaliyyəti dayandırılıb. Həmin kafeni işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub,

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

Milli.Az


Etiketlər:  Karantin rejimini pozan kafe aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ