Tarix: 30 Mart 2020 17:18
“Barselona”nın futbolçuları məvaciblərinin 70 faizindən imtina ediblər.
Qol.az xəbər verir ki, bunu komandanın kapitanı Lionel Messi rəsmi İnstagram hesabında açıqlayıb.
O, kluba çətin anlarda kömək etmək üçün məvaciblərinin 70 faiz azaldılmasına razı olduqlarını bildirib.
Bu durumda kluba dəstək olmağın düzgün addım olduğunu bildirən argentinalı hücumçu, futbolçuların “Barselona”da çalışan işçilərə də maddi yardım göstərəcəklərini qeyd edib.