Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 17:00
“Çelsi”nin zədəli futbolçusu Nqolo Kantenin bu gün Avropa Liqasının Bakı Olimpiya Stadionunda “Arsenal”la keçiriləcək final oyununda meydana çıxıb-çıxmayacağı dəqiqləşib.
Qol.az-ın “goal.com”a istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçi həlledici qarşılaşmada forma geyinə bilməyəcək. “Zadəganlar”ın baş məşqçisi Mauritsio Sarrinin 28 yaşlı oyunçunun adını matçın sifariş ərizəsinə salmayacağı gözlənilir. Hətta Kante 23-lükdə olsa belə, italiyalı mütəxəssisin onu meydana buraxmayacağı bildirilir.
Sarri dünənki mətbuat konfransında Kantenin oynamaq şansının 50/50-yə olduğunu bildirmişdi.
Qeyd edək ki, final matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.